Səfir: “Türkiyə Azərbaycanı həm diplomatik, həm də iqtisadi sahələrdə dəstəkləyir”
Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana hərtərəfli dəstək verdi.
Bu barədə Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar jurnalistlərə açıqlamasında bildirib.
“Qazi Mustafa Kamal Atatürkün də dediyi kimi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Qarabağ torpağının 30 il işğal altında qalması Azərbaycan xalqı kimi Türkiyə xalqının da qəlbində yara idi. Bu gün Türkiyə Qarabağ zəfərini Azərbaycan xalqı ilə bərabər bayram edir. Başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edirəm”, - diplomat qeyd edib.
Səfir vurğulayıb ki, Türkiyə Azərbaycanı həm diplomatik, həm də iqtisadi sahələrdə dəstəkləməyə davam edir.