Türkiyə MMN-dən Azərbaycana dəstək: "Azərbaycanın mübarizəsi bizim mübarizədir"


Ehtiyac olacağı təqdirdə heç bir tərəddüd etmədən Azərbaycana lazımi dəstəyi verəcəyik.



Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, Türkiyə imzalanmış atəşkəs sənədinin şərtlərinin yerinə yetirilməsi, bütün torpaqların sahiblərinə geri qaytarılması və bölgədə sülhün bərqərar olmasını yaxından təqib edir.

“Azərbaycanın tələblərindən heç bir halda vaz keçməyəcəyik və qeyd etdiyimiz kimi, ehtiyac olacağı təqdirdə tərəddüd etmədən Azərbaycana hər cür dəstək verəcəyik. Azərbaycanın mübarizəsi bizim mübarizədir. Sevinci sevincimiz, kədəri kədərimizdir” – deyə, açıqlamada qeyd olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu