Ceyhun Bayramov: “Ermənistanın təhlükəli addımlarına lazımi qarşılıq verəcəyik”
“Ermənistan beynəlxalq hüquqa uyğun addım atmayacağı təqdirdə, Azərbaycana qarşı hansısa təhlükəli bir addım görsək, heç tərəddüd etmədən lazımi qarşılığını verəcəyik”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi şərh edərkən deyib. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin dövlət başçısı Rəcəb Taayib Ərdoğanın regiondakı sabitliklə bağlı mesajlarını xatırladıb: “İki liderin bu mesajları son dərəcə əhəmiyyətlidir. Sülhün və sabitliyin təmin olunmasına istiqamətlənmiş bu mesajlara Ermənistanın necə reaksiya verəcəyi, hansı yolu seçəcəyi tamamilə rəsmi İrəvanın öhdəsinə buraxılan qərardır. Ümid edirik ki, bu, düzgün bir qərar olacaq. Təəssüf ki, Ermənistanın revanşist açıqlamalarına şahidlik etməkdəyik. Bunlar təhlükəli açıqlamalardır. Bizim istədiyimiz regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasıdır”.