Rəsmi Bakı Ermənistanın sülh sazişi ilə bağlı təkliflərinə cavab hazırlayır - YENİLƏNİB


“Ermənistandan aldığımız təkliflər paketi əvvəlkilərlə eyni deyil. Yeni təkliflər paketində nikbinlik var”.


Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu addımlarla neqativ keçmişi olan məsələni addım-addım irəli aparıla bilər: “Ermənistan öz istəklərini deyil, beynəılxalq hüquqa hörməti sərgiləyərsə müsbət nəticə əldə etmək mümkündür”.

***

“Noyabrın sonunda Ermənistan tərəfindən aldığımız sülh sazişi üzrə şərtlərlə bağlı Azərbaycan tərəfi öz mövqeyini formalaşdırır”.


Ölkə.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda onlar qarşı tərəfə təqdim ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu