Ceyhun Bayramov və Hakan Fidan Zəngəzur dəhlizinin açılmasını müzakirə edib
“Həmkarım Hakan Fidanla bugünkü görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 31-də Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması vacibdir və mühüm əhəmiyyət kəsb edir: “Ermənistan öhdəliklərinə zidd olaraq hələ də hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmır, Zəngəzur dəhlizini açmır. Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkmir”.