Ceyhun Bayramov: Bu ilin sonunadək Ermənistanla sülh müqaviləsi imzalana bilər


“Bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunması mümkündür”.


Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Reuters”ə müsahibəsində deyib.

O bildirib ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanması ilin sonundan tez də mümkündür.

Nazirin sözlərinə görə, Ermənistan bunun üçün bəzi əməli addımlar atmalıdır:

“Ermənistanın nəinki bəyanat vermək, hətta bəzi əməli addımlar atmaq iradəsinə sahibdirsə, bu, mümkündür”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu