Anadolu Ajansının müxbirlərinin Ukraynada qaldığı otel raketlərin hədəfi olub


Ötən gün axşam saatlarında Ukraynanın şərqindəki Xarkov şəhərində, Rusiya ilə sərhəd xəttinə yaxın ərazidə bombalı hücumlar həyata keçirilib.



Hücumlar zamanı uzun müddətdir cəbhə xəttində Ukrayna-Rusiya müharibəsini izləyən və xəbər verən Türkiyənin Anadolu Ajansı müxbirlərinin qaldığı Park Hotelə iki raket düşüb.

Partlayış nəticəsində otelin yuxarı mərtəbələri dağılıb, bina alovlanıb.

10 Yanvar İşçi Jurnalistlər Günündə vəzifədə olan AA müxbiri Davit Kaçkaçişvili və fotojurnalist Özge Elif Kızıl dağılan və qəfil alovlar içində qalan oteldən öz imkanları ilə çıxa bilib.

Reportyor Kaçkaçişvilinin əllərində kiçik kəsiklər olub.

Səhhətləri yaxşı olan fotojurnalist Kızıl və müxbir Kaçkaçişvilinin müayinəsi üçün təcili yardım maşını ilə xəstəxanaya göndərilib.

Hücumda komandanın istifadə etdiyi avtomobil otelin yaxınlığındakı bir çox digər maşın kimi zədələnərək yararsız hala düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu