Almatıda Tibbi Turizm Sərgisi – Azərbaycan da təmsil olunub


İyunun 28-30-da Qazaxıstanın Almatı şəhərində ALZ Qrupun təşkilatçılığı ilə, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının tərəfdaş olduğu Beynəlxalq Tibbi Turizm SərgisiB2B görüşlər (healthtourismexpos) keçirilib.



Sərgidə Azərbaycan sağamlıq turizm sektorunu Assosiasiyanın İdarə Heyəti təmsil edib. Həmçinin “Aydin Partners”, “Palıd” şirkətlər qrupu və “OKİ Qusar hospital” kimi təşkilat üzvləri də Azərbaycanı təmsil edən qurumlar sırasında yer alıblar.



Açılış mərasimində Türkiyə Respublikasının Almatı şəhərindəki baş konsulu Evren Müderris oğlu, ALZ Qrup İdarə Heyətinin sədri Cihad Alagöz, Almatı Turizm İdarəsinin müavini Qaziz Tolobek, Türkiyə Ticarət Nazirliyinin direktor müavini Alperen Kaçar, DEİK Sağlamlıq İşi Şurasının sədri Dr. Mehmet Altuğ, Azərbaycan Assosiasiyasının sədri Ruslan Quliyev, Almatı Tibbi Turizm Assosiasiyasının rəhbəri Raisa NurjaubayevaQazaxıstan Sağlamlıq Turizm Assosiasiyasının sədri Kristina Kriveç açılış nitqi ilə çıxış ediblər.



"ALZ International" tərəfindən təşkil edilən Almatı Beynəlxalq Sağlamlıq Turizmi Sərgisi Türkiyə Ticarət Nazirliyinin “Dəstəklənən Beynəlxalq Tədbirlər”indən biridir və TOBB, DEİK və İxracatçılar Birliyi tərəfindən dəstəklənir.



İki gün ərzində (28-29 iyun) MDB ölkələrindən, o cümlədən Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Azərbaycan, Rusiya, BƏƏ və Almaniyadan aparıcı müəssisələrin nümayəndələri B2B görüşlər keçirərək gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.



Tədbirin əsas məqsədi bilik mübadiləsi aparmaq, regional təcrübəni inkişaf etdirmək, yeni biznes şəbəkələri qurmaq və tibbi turizm sahəsində dialoqu təşviq etməkdir.



Sərgi çərçivəsində Qazaxıstan, Türkiyə, Azərbaycan, Türkmənistan, Gürcüstan, Koreya, Hindistan, Finlandiya və digər ölkələrdən nümayəndələrin iştirakı ilə geniş ekspozisiya da təşkil olunub.



Naxçıvandakı Duzdağ, Naftalan, Şabran, QarabağŞərqi Zəngəzurun turizm imkanları da tədbir iştirakçılarına təqdim olunub.



FƏXRİYYƏ








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu