Azərbaycan "KİHE 2025" Qazaxıstan sağlamlıq turizmi sərgisində təmsil olunur


Qazaxıstanın Almatı şəhərində “KİHE 2025” Qazaxıstan 30-cu beynəlxalq sərgisi təşkil olunub. Sərgidə 15 ölkədən 350-yə yaxın şirkətin məhsulları və xidmətləri nümayiş etdirilib.



Tədbirdə Azərbaycanın sağlamlıq turizmi sektorunu təmsil edən Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev AFN.az-a bildirib ki, ölkəmizdə alternativ turizm növlərinin inkişafı diqqət mərkəzindədir:



"Son illər Azərbaycanın müalicəvi turizm mərkəzləri olan Naxçıvanda Duzdağda, Naftalanda, Şabranda, Qarabağ və Şərqi Zəngəzurda müasir hotellər tikilib istifadəyə verilib. Əminliklə deyə bilərəm ki, Duzdağ, Qalaaltı və Naftalan Azərbaycanı dünyada geniş tanıda, məşhur termal mərkəzlərdən birinə çevirə bilər."



Qeyd edək ki, Ruslan Quliyev Azərbaycanın termal turizminin xaricdə təbliği, eləcə də xarici turizm sənayesi nümayəndələri ilə işgüzar münasibətlərin yaradılması və davamlılığın təmin edilməsi məqsədilə ikitərəfli görüşlərdə də iştirak edib.



FƏXRİYYƏ












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu