DGK əməkdaşları külli miqdarda aksiz markasız tütün məmulatları aşkar etdi


DGK Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Səbail rayonunda yerləşən mağazaların birində qanunvericiliyin tələbinə əsasən aksiz markası ilə markalanmamış tütün məmulatlarının (siqaretlərin) satışının həyata keçirilməsi müəyyən olunub.


Komitədən AFN.az-a verilən məlumata görə, baxış zamanı mağazanın anbarından külli miqdarda-179 adda 9989 qutu aksizsiz siqaretlər aşkar edilib.

Hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.









AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu