Təcili yardım işçilərinin əməkhaqları yeni qaydada hesablanacaq - CƏDVƏL


"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişiklik edilib.


Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə heyətinin sədri Zaur Əliyev qərar imzalayıb.

Dəyişikliyə əsasən, bu qaydadan fərqli əmək haqqı sisteminin tətbiq edilməsi Agentliyin İdarə Heyətinin qərarı ilə tibb müəssisəsinin Agentliyə maliyyə-iqtisadi əsaslandırma ilə rəsmi müraciəti əsasında müəyyən edilə bilər.



Bundan başqa, səhiyyə işçilərinin aylıq vəzifə maaşları "Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-iİtisas Sorğu Kitabçası” əsasında 19 dərəcə üzrə müəyyən ediləcək. Əvvəl dərəcə sayı 18 idi. 19-cu dərəcə üzrə aylıq vəzifə maaşı 979 manat olacaq:



Digər dəyişikliyə əsasən, direktorun (müəssisə rəhbərinin) müavininin aylıq həvəsləndirici əlavələrinin məbləği direktorun həvəsləndirici əlavəsinin 80 faizinədək olacaq. Əvvəllər bu, 50 faizədək idi.

Eyni zamanda təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbə və bölmələrinin), təcili tibbi yardım (şöbə və bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlerinin, orta və kiçik tibb heyəti işçilərinin, sürücülərinin, porter və xadimələrinin, qan və onun komponentlərini, habeləsümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin sabit aylıq həvəsləndirici əlavələr ləğv olunur, onlara əməyin ödənilməsi dərəcələri əsasında yeni əmək haqqları müəyyənləşdirilir. Onların aylıq vəzifə maaşı əməyin ödənilmə dərəcəsinə uyğun olaraq aşağıdakı qeyd edilən aylıq vəzifə maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilməklə müəyyən ediləcək:



Qeyd edək ki, bundan əvvəl təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının (şöbə və bölmələrinin), təcili tibbi yardım (şöbə və bölmələrinin) rəhbərlərinin, həkimlərinin, dispetçerlerinin, orta və kiçik tibb heyəti işçilərinin, sürücülərinin, porter və xadimələrinin, qan və onun komponentlərini, habeləsümük iliyini tədarük və emal edən və dondurulmuş halda saxlanılması ilə məşğul olan müəssisələrin (şöbə və bölmələrin) işçilərinin sabit aylıq həvəsləndirici əlavələr aşağıdakı kimi olub:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu