Zelenski ilə Bayden təhlükəsizliyi və deeskalasiyanı müzakirə edəcəklər


Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Cozef Bayden yaxın saatlarda danışıqlar aparacaqlar.


“Report” xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov özünün feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, yaxın saatlarda Zelenski və Bayden telefonla təhlükəsizlik vəziyyətini müzakirə edəcəklər. Danışıqlarda həmçinin Ukrayna ətrafında vəziyyətin deeskalasiyası üçün davam edən diplomatik səylər də diqqət mərkəzində olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu