“e-Tabib” fəaliyyətini dayandırdı
“e-Tabib” mobil tətbiqi üzərindən göstərilən rəqəmsal xidmətlərin “mygov” platformasına inteqrasiya prosesi artıq bitib.
AFN.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.
Bildirilib ki, bu gündən etibarən “e-Tabib” tətbiqi fəaliyyətini tam olaraq dayandırır və xidmətlər artıq “mygov” platformasından təqdim olunur. Bununla da “e-Tabib” “mygov” platformasına inteqrasiya edilən növbəti dövlət tətbiqidir.
Vətəndaşlar artıq bütün tibbi məlumatlarına, o cümlədən analiz nəticələrinə və reseptlərə vahid giriş sistemi vasitəsilə “mygov” üzərindən baxa biləcəklər.




