Elm və Təhsil Nazirliyi müsabiqə elan edir

Elm və Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”ni elan edir.
Nazirlikdən AFN.az-a verilən məlumata görə, müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.
Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.
Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 4 mart – 10 aprel 2025-ci il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində maarifləndirmə sessiyaları həyata keçiriləcək. Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin və müsabiqənin rəsmi resurslarında paylaşılacaq.
Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla bu elan vasitəsilə tanış olmaq mümkündür.