İsrail Qəzzada qaçqın düşərgəsini vurdu: 33 fələstinli ölüb

İsrailin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 33 nəfər ölüb, 84 nəfər itkin düşüb.
AFN.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Fələstinin HƏMAS hərəkatına bağlı Qüds portalı daha əvvəl Nuseyratda yaşayış binalarının atəşə tutulduğunu, nəticədə 50-dən çox insanın yaralandığını bildirmişdi.
Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, İsrailin Qəzzaya hücumları nəticəsində 24 saat ərzində ən azı 71 fələstinli həlak olub.