BMT Qəzzada 132 əməkdaşının öldüyünü açıqlayıb

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi oktyabrın 7-dən İsrailin hücumları nəticəsində Qəzza zolağında 132 əməkdaşının həlak olduğunu açıqlayıb.
Açıqlamada, dekabrın 5-də UNRWA-nın daha 2 əməkdaşının öldürülməsi ilə 7 oktyabrdan bəri İsrailin hücumları altında Qəzza zolağında həyatını itirən UNRWA işçilərinin sayının 132-yə yüksəldiyi bildirilib.
Bildirilib ki, Qəzza zolağında əhalinin 85 faizini təşkil edən 1,9 milyon fələstinli didərgin düşdüb, dekabrın 5-dən etibarən isə 1,2 milyon qaçqın fələstinlinin Qəzza daxilində UNRWA-nın 155 obyektinə sığınıb.
Bəyanatda 1 milyon köçkünün Qəzza zolağının mərkəzi hissəsində, cənubda Xan Yunis və Rəfahda yerləşən 98 UNRWA obyektində qaldığı və bu 98 obyektdən 64-nün Xan Yunis və Rəfahda olduğu bildirilib.