BMT: Təcili humanitar atəşkəs milyonlarla insan üçün ölüm-dirim məsələsidir

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrail ordusunun Qəzza zolağına davamlı bombardmanının şok edici olduğunu bildirib.
O, təcili humanitar atəşkəsin milyonlarla insan üçün ölüm-dirim məsələsi olduğunu açıqlayıb.
Bundan əlavə, Qəzzada baş verənlərin məcburi köçkünlük olduğu və Qəzza zolağında indiyədək 670 min insanın həddən artıq dolu olan 150 BMT binasına sığındığı bildirilib.