İsrail Qəzzanın şimalındakı qaçqın düşərgəsinə hücum edib: 3 nəfər həlak olub


İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə fələstinli qaçqın düşərgəsinə endirdiyi zərbələr nəticəsində azı 3 nəfər həlak olub.


AFN.az xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb. Hücum nəticəsində yaralananlar olub, lakin onların sayı açıqlanmayıb.

2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Qəzzanı tam mühasirəyə aldığını elan edib. Bundan sonra anklavda quru əməliyyatına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu