İsrail qüvvələri İordan çayının qərb sahilində 47 fələstinlini həbs edib


İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif bölgələrində 47 fələstinlini nəzarətə götürüb.


Fələstin xəbər agentliyi WAFA-nın xəbərində İsrail qüvvələrinin gecə saatlarında işğal altındakı İordan çayının qərb sahilinin Hebron şəhərində ən az 21, Tulkərimdə 14, Beytullahımda 6, Nablusda 4 və Ramallahda 2 fələstinlini nəzarətə götürdüyü bildirilib.

Fələstinli Məhbuslar Dərnəyi dünən verdiyi açıqlamada oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 2920-yə yüksəldiyini qeyd edib.

İsrail ordusu blokadada olan Qəzza zolağına ağır zərbələr endirərkən, İordan çayının qərb sahilində və Şərqi Qüdsdə də reydlər həyata keçirir və müxtəlif iddialarla fələstinliləri həbs edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu