İsrail ordusu İordan çayının qərb sahilində 29 fələstinlini həbs edib
İsrail ordusu İordan çayının qərb sahilində biri qadın və biri jurnalist olmaqla 29 fələstinlini nəzarətə götürdüyü bildirilib.
Fələstinli Əsirlər Dərnəyindən verilən açıqlamada İsrail qüvvələrinin İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı nəzarət əməliyyatlarını davam etdirdiyi bildirilib.
Açıqlamada İsrail ordusunun sözügedən əməliyyatlar çərçivəsində 29 fələstinlini nəzarətə götürdüyü, onların arasında bir qadın və 2 jurnalistin də olduğu vurğulanıb.
Açıqlamada oktyabrın 7-dən bəri İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 2300-ə çatdığı bildirilib.