İsrail qüvvələri İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 55 fələstinlini həbs edib
İsrail qüvvələri İordan çayının qərb sahili və Şərqi Qüdsdə daha 55 nəfəri saxlayaraq həbs edib.
Fələstinli Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Fələstin Məhbuslarla İş Komitəsi məsələ ilə bağlı birgə açıqlama verib.
Açıqlamaya görə, İsrail qüvvələri səhər saatlarında İordan çayının qərb sahilindəki Nablus, Tubas, Ramallah və Tülkərim şəhərlərində və Şərqi Qüdsdə 55 fələstinlini nəzarətə götürüb.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayı 4785-ə çatıb.
Saxlanılanlarla bağlı məlumatlar arasında İsrail qüvvələrinin saxladıqdan sonra azad etdiyi şəxslər də var.