İsrailin Suriyaya aviazərbələri nəticəsində 5 nəfər ölüb


İsrailin Suriyanın mərkəzinə hava hücumları nəticəsində azı 5 mülki şəxs həlak olub, 19 nəfər yaralanıb.


Bu barədə SANA-ya Həma əyalətinin mərkəzində yerləşən Əl-Məşfa Əl-Vətani xəstəxanasının direktoru Faysal Heydər bildirib.

“Zərərçəkənlərin əksəriyyəti Masyaf şəhərindəndir”, - deyə o bildirib. Həmçinin qeyd edib ki, daha bir neçə yaralının vəziyyəti ağırdır.

Bundan əvvəl vilayətin səhiyyə idarəsinin rəhbəri Maher Yunes "Şam FM" radiosuna İsrail Hərbi Hava Qüvvələrinin Həma əyalətindəki hədəflərə endirdiyi hava zərbələri nəticəsində 4 nəfərin öldüyü və 15 nəfərin yaralandığı barədə məlumat verib.

Əl-Cəzirə telekanalının məlumatına görə, İsrail təyyarələri Livanın hava məkanından və Aralıq dənizindən Suriyanın mərkəzi rayonlarına raket zərbələri endirib. Vadi əl-Uyun, Masyaf və Səlamiyyədə yer hədəflərinə ümumilikdə 15 hava zərbəsi endirilib. Həmanın inzibati mərkəzi yaxınlığında (Dəməşqdən 220 km məsafədə) hərbi sənaye müəssisələrinə hücumlar həyata keçirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu