İsrailin Suriyaya hava hücumu təşkil etdiyi iddia edilib


İsrailin Suriyanın Hələb vilayətindəki bəzi hərbi məntəqələrə hava hücumu təşkil etdiyi iddia edilib.



Suriya administrasiyasına yaxın sosial media hesabları İsrail təyyarələrinin Hələbin çölündə Hayyan qəsəbəsindəki bəzi hərbi məntəqələri hədəfə aldığını iddia edib.

Həyyanda Bəşər Əsəd rejimi ordusunun sıralarında olan Hizbullah üzvlərinin sıx şəkildə olduğu məlumdur.

İsrail və Suriya rəhbərliyi hələlik hücumla bağlı açıqlama verməyib.

Suriya xəbər agentliyi SANA-nın məlumatına görə, 29 may 2024-cü ildə Tartus əyalətinin Banyas rayonunda bir bina İsrail qüvvələri tərəfindən hədəfə alınıb və 1 uşağın öldüyü, 10 mülki vətəndaşın yaralandığı iddia edilib.

İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu