İsrail aviasiyası Dəməşqə zərbə endirib - İDDİA


İsrailin Suriyanın paytaxtı Dəməşqin şimalındakı Kalamon bölgəsinə hücum təşkil etdiyi iddia edilib.



Suriya rejiminə yaxın sosial media hesabları İsrail döyüş təyyarələrinin Kalamon bölgəsində bir çox nöqtəni hədəf aldığını iddia edib.

Sözügedən hücumla bağlı İsrail və Suriya rejimi tərəfindən hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Kalamon bölgəsində İranın dəstəklədiyi qruplaşmaların olduğu məlumdur.

Xatırladaq ki, İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu