İsrail yenidən Livanın cənubunu bombalayıb
İsrail Livanın cənub bölgəsini yenidən bombalayıb.
Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərdə İsrailin Livan sərhədinin qərbindəki əl-Lebbun bölgəsinə hava hücumu təşkil etdiyi bildirilib.
Xəbərdə cənub sərhədindəki Merciyyun bölgəsində kəşfiyyat təyyarəsinin göründüyünə dair məlumatlar da yer alıb.
Livandakı Hizbullah Hərəkatı İsrailin sərhəddəki hərbi məclis bazası və gözətçi qülləsinin idarə olunan raketlə vurulduğunu açıqlayıb.
Hücum nəticəsində İsrail tərəfində ölən və yaralananların olduğu iddia edilib.
İsrail ordusundan verilən açıqlamada Livandan edilən raket hücumuna cavab olaraq Livandakı 2 hərbi hədəfin vurulduğu açıqlanıb.
Açıqlamada həmçinin Livandan gələn yüngül silahlarla Şeba Fermalarında İsrail əsgərlərinə atəş açıldığı və onlara cavab verildiyi qeyd edilib.