Hizbullah: "Livan ərazisinə hücum etməyə hazırlaşan İsrail qüvvələrini vurduq"


Hizbullah Livana hücuma hazırlaşarkən İsrail əsgərlərinin raketlərlə hədəf alındığını açıqlayıb.



Hizbullah İsrail ilə Livanın cənub sərhəd bölgəsi arasında münaqişə ilə bağlı açıqlama verib.

Açıqlamada İsrailin “Zirit” hərbi məntəqəsi ətrafında Livan ərazisinə hücum etməyə hazırlaşan İsrail əsgərlərinin raketlə hədəf alındığı bildirilib.

Hücum zamanı hədəfin tam dəqiqliklə vurulduğu, İsrail tərəfində ölən və yaralananların olduğu bildirilib.

İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü ildən bu yana gedən qarşıdurmalarda ilk dəfə olaraq İsrail əsgərlərinin qurudan Livanın içərilərinə hücuma hazırlığı ön plana çıxır.

İndiyədək toqquşmalarda 164 Hizbullah üzvü, 30 Livan vətəndaşı, 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu