Hizbullah İsrailin hərbi məntəqəsinə hücum edib
Hizbullah Livanın cənubunda sərhəd bölgəsində yerləşən İsrail hərbi məntəqəsinə hücum edib.
Təşkilat İsrail-Livan sərhədində baş verən qarşıdurmalarla bağlı yazılı açıqlama yayıb.
Açıqlamada İsrailin “Merc” hərbi məntəqəsinə müvafiq silahlarla hücum edildiyi və hədəflərin tam dəqiqliklə vurulduğu bildirilib.
Digər tərəfdən Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərdə İsrail qüvvələrinin Livanın sərhəd bölgəsindəki Ayta əl-Şaab və Odeysa qəsəbələrinin ətrafını artilleriya atəşi ilə vurduğu qeyd edilib.
Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 74 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.