KİV: İsrailin Qəzzaya hücumları 24 saat ərzində 47 nəfərin həyatına son qoyub


Qəzzada son 24 saat ərzində İsrail ordusunun anklavın mərkəzi və cənub hissələrində əməliyyatları gücləndirməsi nəticəsində azı 47 nəfər həlak olub.


AFN.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Telekanal qeyd edib ki, tibb mənbələri İsrail ordusunun Qəzza zolağının mərkəzindəki Deyr əl-Balah və cənubda Xan Yunisdə əməliyyatları gücləndirməsi nəticəsində azı 47 nəfərin öldüyünü bildirib. Bununla da İsrailin Qəzzaya qarşı ötən ilin oktyabrından davam edən müharibəsində ölənlərin sayı 40 265, yaralananların sayı isə 93 144 nəfərə çatıb.

İsrail Müdafiə Qüvvələri orada Həmas yaraqlılarının olduğunu göstərən kəşfiyyat məlumatı aldıqdan sonra Xan Yunis və Deyr əl-Bələh ətrafındakı ərazilərdə əməliyyatların intensivliyini artırdığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu