Donald Tramp 77 yaşını ailəsi ilə birlikdə qeyd etdi


İvanka Tramp, oğulları Cozef və Teodor, Melaniya Tramp və oğlu Barron, Donald Trampın 77 yaşını qeyd etmək üçün Nyu Cersi ştatının Bedminster şəhərindəki eks ABŞ prezidentinə məxsus olan klubda ailəliklə nahar edərək qeyd ediblər.


AFN.az xəbər verir ki, İvanka Tramp İnstaqramda atasını təbrik edərək, “Sən ən möhtəşəm atasan. Sevgin, enerjin və gücün məni hər gün ruhlandırır. Sənə layiq olduğun xoşbəxtliklərlə dolu bir həyat arzulayıram”, sözlərini yazıb.

Həftənin əvvəlində bildirilmişdi ki, Donald Tramp İvankanı qızı Arabellanın bar mitsvasına (qızların 12 yaşında yəhudi çoxluğuna daxil olması) dəvət etməyib.

Mənbələrdən birinin Page Six-ə verdiyi məlumatda bildirilir ki, o, tədbirə dəvət alıb, lakin başı öz hüquqi məsələləri ilə qarışıq olduğundan mərasimdə iştirak edə bilməyib.

Xatırladaq ki, keçən həftə Trampa qarşı 2021-ci ilin yanvarında prezidentlikdən istefa verdikdən sonra onun Mar-a-Laqodakı mülkündə ABŞ-ın nüvə silahı proqramlarını təfərrüatlandıran sənədlər də daxil olmaqla, məxfi sənədləri qeyri-qanuni saxlamaqda 37 maddə üzrə ittiham irəli sürülüb. Tramp elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu