İvanka Tramp uzun paltarı və qara örpəyi ilə diqqət çəkdi - VİDEO
ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edib.
İvanka Tramp Əbu-Dabiyə səfəri zamanı topuğa qədər uzun olan geyimi və qara örpəyi ilə diqqət mərkəzinə düşüb.
Qlobal Qadınlar Forumunda iştirak etmək üçün Əbu-Dabiyə gələn İvanka Tramp "Louvre Abu Dabi" muzeyi və "Şeyx Zayed" məscidinə baş çəkib.//BAKU.WS