Bayden və Tramp eyni gün Meksika sərhədinə səfər edəcəklər
ABŞ prezidenti Co Bayden və keçmiş prezident Donald Trampın eyni gündə Meksika sərhədində yerləşən Texas ştatına səfər edəcəyi açıqlanıb.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre mətbuat konfransında jurnalistlərə açıqlama verib.
Jean-Pierre Baydenin cümə axşamı Texas ştatının Brownsville şəhərinə səfər edərək Sərhəd Patrulunun rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və yerli liderlərlə görüşəcəyi və respublikaçılara sərhəd təhlükəsizliyi ilə bağlı razılığa gəlmələri üçün təzyiq edəcəyi barədə məlumat paylaşıb.
Respublikaçıların təşviqat qrupunun verdiyi bəyanatda Baydenin səfərini Trampın qabaqcadan elan edilmiş səfəri ilə üst-üstə salmaq üçün “qeyri-səmimi cəhd” olduğu bildirilib.
Bayden və Trampın eyni günə təsadüf edən Texas səfəri 2024-cü il prezident seçkilərinə aparan prosesdə “Demokratlar və Respublikaçılar arasında sərhəd təhlükəsizliyi ilə bağlı səs toplama yarışı güclənəcək” kimi şərh edilib.