ABŞ-da "Gizli sənədlər" qalmaqalında ikinci mərhələ: Yeni fayllar tapıldı


ABŞ prezidenti Co Bayden ofisindən çıxan məxfi sənədlərlə bağlı çətin bir həftə keçirir. Daha bir qrup oxşar sənədlər Baydenə məxsus şəxsi ofisdən ortaya çıxıb.


AFN.az xəbər verir ki, ikinci qrup sənədlərin mənşəyi hələ açıqlanmayıb.

Bayden sənədlərini vacib edən digər məqam isə ABŞ-ın keçmiş prezidenti Donald Trampın da analoji araşdırma altında olmasıdır. Donald Tramp avqust ayında FTB-nin məxfi sənədlərə görə evinə basqın etdiyini açıqlayıb. Baydenin sənədləri ortaya çıxandan sonra Tramp sosial media hesabında “FTB Co Baydenin evlərinə nə vaxt basqın edəcək? Ola bilsin ki, Ağ Evə basqın etsinlər”, – deyə bəyanat verib.
ABŞ-da belə rəsmi sənədlər və elektron poçt yazışmaları qanunla Milli Arxivə göndərilməlidir.

BBC Türkcədə yer alan xəbərə görə, Co Baydenin ofisindən çıxan ilk sənədlər qrupuna ABŞ, Ukrayna, İran və İngiltərə kəşfiyyat orqanlarının məlumat qeydləri daxil olub. Ağ Ev sənədlərin ikinci partiyasını şərh etməyib. Ağ Evin mətbuat katibi Karine Jean-Pierre suala cavab verməyib və "Prezidentin dünənki bəyanatından başqa heç nə deməyəcəyəm" deyib.

Bayden isə sənədlərin onun üçün də sürpriz olduğunu söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu