FTB Trampın evinə basqın etdi, o, hansı sənədləri tualetə atıbmış... – Şok əməliyyatın DETALLARI


FTB-nin keçmiş ABŞ prezidenti Donald Trampın Floridadakı evinə basqını ilə bağlı detallar bəlli olub.



Sfera.az bildirir ki, “CNN”in iddiasına görə, basqın zamanı Tramp Nyu Yorkda olub. Bir çox Tramp tərəfdarı reydlərə etiraz edərək, keçmiş prezidenti dəstəkləyiblər, Mar-a-Laqodakı iqamətgahın ətrafına çoxlu sayda insan toplaşıb. Digər tərəfdən, Trampın Oval Ofisin sənədlərini tualetə atıb məhv etdiyi iddialarının dəlillərini əks etdirən fotoşəkil basqından saatlar əvvəl yayımlanıb. Bu barədə ABŞ-ın “Axios” xəbər saytı məlumat dərc edib.

Sabiq Ağ Ev rəhbəri Florida ştatının “Palm Beach” kurortunda baş vermiş insidenti “elansız basqın” adlandırıb. O, evində nəyin axtarıldığını və oradan nəyin götürüldüyünü açıqlamayıb. Tramp, FTB agentlərinin bazar ertəsi, axşam Mar-a-Lago əmlakına basqın etdiyini və onun seyfini sındırdığını iddia edərək, əmlakının hazırda mühasirə altında olduğunu da əlavə edib. İddialara görə, FTB Trampın prezidentliyindən sonra Ağ Evdəki məxfi sənədləri Mar-a-Laqoya qanunsuz ötürməsi ilə bağlı aparılan istintaqla əlaqəli axtarış qərarı verib. Digər bir mənbə aprel ayında ABŞ ədliyyə departamentinin Trampın Florida mülkündən qeydləri silməsi ilə bağlı ilkin mərhələdə araşdırmaya başladığını bildirib.

ABŞ Ədliyyə Nazirliyi və FTB basqını şərh etməkdən imtina edib. Qeyd olunub ki, tarixdə bu cür basqın heç vaxt baş verməyib və heç bir ABŞ prezidenti belə bir araşdırmadan keçməyib.

Qeyd edək ki, sözügedən sənədlər arasında Trampın vaxtilə “sevgi məktubları” adlandırdığı Şimali Koreya lideri Kim Çen In ilə yazışmalar, həmçinin onun varisi Barak Obamanın qoyub getdiyi məktub da var.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu