Azərbaycan minatəmizləyən siçovullar alıb - FOTO+VİDEO


Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb.


AFN.az xəbər verir ki, layihə Avropa İttifaqı (Aİ) tərəfindən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ANAMA və Minalar üzrə Məsləhət Qrupu ilə tərəfdaşlıqla həyata keçirdiyi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” Layihəsi çərçivəsində maliyyələşdirilir.

Bu gün ilk qrupların formalaşdırılması üçün təlimlərə start verilib. Təlimlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzində keçirilir. Təlimlərdə elan edilmiş müsabiqə əsasında ölkənin müxtəlif bölgələrindən seçilmiş 40 nəfər qadın iştirak edir.

Təlimlər 6 həftə davam edəcək. Təlimləri uğurla başa vuran qadınlar ANAMA tərəfindən akkreditasiya ediləcək və sahə əməliyyatlarına başlamaq üçün Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun sertifikatla təltif olunacaqlar. “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” Layihəsi çərçivəsində 2 minatəmizləmə qadın qrupunun yaradılması nəzərdə tutulub.

Tədbir zamanı minatəmizləmə fəaliyyəti üçün yeni alınmış siçovullar və itlər də nümayiş olunub. Bildirilib ki, 1,2 kq çəkisi olan siçovullar bir dəfəyə 400 kv m ərazi təmizləyir. Maraqlıdır ki, bu kiçik xilasedicilər günün ancaq səhər saatlarında, istilər düşməmiş işləyir. İsti havalarda isə öz istirahətlərinə üstünlük verirlər. Ümumilikdə 12 belə siçovul alınıb.






















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu