Azərbaycanda qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunmasına başlanılıb


"Azərbaycanda qadınların minatəmizləmə əməliyyatlarına cəlb olunması ilə bağlı işlərə start verilib".


Bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda bununla bağlı seçim aparılır.

"Qadınların minaxtarma əməliyyatlarına cəlb olunması üçün müəyyən müddət lazımdır. Seçim turu başa çatdıqdan sonra qadınlar treninqlərə cəlb ediləcəklər. Treninqlərdən sonra imtahanları verə bilən qadınlar minaaxtarma işlərinə cəlb olunacaqlar", - ANAMA sədri söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu