Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib

Azərbaycanın ABŞ-dəki səfirliyi mayın 8-də Texas ştatının Hyuston şəhəri və ətraf ərazilərində yaşayan vətəndaşlar üçün konsulluq xidməti təşkil edəcək.
Bu barədə diplomatik missiyanın mətbuat xidməti bildirib.
“Səfirlik tərəfindən 8 may 2024-cü il tarixində Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil olunacaqdır. Tələb olunan sənədlərə dair ətraflı məlumata link vasitəsilə keçid edə bilərsiniz: https://washington.mfa.gov.az/az/content/245/umumi-melumat. Müraciət etmək üçün consul@azembassy.us ünvanı ilə əlaqə saxlayaraq görüş vaxtı təyin etməyiniz xahiş olunur”, – səfirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.
Hyuston və ətraf ərazilərdə yaşayan vətəndaşlarımızın nəzərinə❗️
— Azerbaijan Embassy US (@azembassyus) May 3, 2024
Səfirlik tərəfindən 8 may 2024-cü il tarixində Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil olunacaqdır.
Tələb olunan sənədlərə dair ətraflı… pic.twitter.com/fUgDQUz6dL