Aİ və NATO-dan birlik mesajı



NATO Baş katibi Mark Rutte, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der LyayenAvropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Kosta NATO ilə Aİ arasında birlik və həmrəylik mesajı veriblər. AFN.az xəbər verir ki, Rutte, fon der Lyayen və Kosta Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçılarının Sammitinin ilk günündə jurnalistlərə bəyanatlarla çıxış ediblər.

Mark Rutte öz çıxışında NATO üçün dayanıqlılıq, infrastruktur və müdafiə sənayesi ilə yanaşı, maliyyə vəsaitinin də böyük əhəmiyyət kəsb etdiyini və Aİ-nin bu öhdəliyi yerinə yetirməkdə son dərəcə uğurlu olduğunu vurğulayıb.

Aİ-nin 27 üzvündən 23-nünün həm də NATO üzvü olduğuna diqqət çəkən Rutte "Biz Rusiya təhdidi ilə qarşı-qarşıyayıq. Rusiyanın Şimali Koreya, Çin və İranla birlikdə işlədiyini bilirik, sadəlövh ola bilmərik. Birlik olmalıyıq və biz tam olaraq bunu edirik", - deyə bildirib.

Aİ Şurasının Prezidenti Antonio Kosta isə NATO və Aİ arasındakı strateji əməkdaşlıqdan böyük məmnunluq duyduğunu ifadə edib. O, üzv dövlətlərin öz öhdəliklərini yerinə yetirdiyini, Avropanın öz müdafiəsi ilə bağlı daha çox məsuliyyət götürdüyünü və indi də bu xətti davam etdirməli olduqlarını qeyd edib.

Kosta əlavə edib ki, Avropa vətəndaşlarının Ankara sammitindən gözlədikləri şey öz müdafiəmiz və eyni zamanda son dərəcə güclü transatlantik münasibətlərə əsaslanan çəkindirmə gücümüz üçün NATO-ya etibar etməyə davam edə biləcəyimizə dair aydın bir mesajdır.

Ursula fon der Lyayen də öz növbəsində "Güclü Avropa güclü NATO deməkdir" mesajını ötürüb.

Müdafiə sahəsində mövcud olan boşluqları doldurmaqda qətiyyətli olduqlarını vurğulayan fon der Lyayen "Bu məqsədlə, daha güclü bir müdafiə sənayesi üçün 2030-cu ilə qədər 800 milyard avro ayırmışıq. Biz təkcə güclü bir müdafiə sənayesi bazasına sahib olmağı deyil, həm də Ukrayna ilə daha çox birgə müəssisələr qurmağı hədəfləyirik. Çünki onlar son dərəcə innovativdirlər və döyüş meydanı təcrübəsinə malikdirlər. Əlbəttə ki, Aİ daxilində daha çox ortaq tədarükün olmasını da istəyirik, çünki bu, qarşılıqlı operativlik deməkdir" deyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu