Aİ və NATO avtoritar ölkələrlə mübarizə üçün işçi qrupu yaradır


Avropa İttifaqı (Aİ) və NATO hər iki qurumun avtoritar hesab etdiyi ölkələrdən gələn təhlükə ilə mübarizə aparmaq üçün işçi qrupu yaradacaq.


Bu barədə Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyen və NATO-nun baş katibi Mark Rutte arasında keçirilən görüşdən sonra birgə kommünikedə bildirilib.

“Dəyişən təhdid və çağırışlara qarşı çıxmaq üçün fon der Leyen və Rutte bu gün Aİ və NATO arasında mövcud əməkdaşlığı gücləndirmək üçün yeni yüksək səviyyəli işçi qrupunun yaradılması barədə razılığa gəliblər”, - deyə mətndə qeyd edilir.

Bəyanatda AK rəhbəri və NATO-nun baş katibinin avtoritar dövlətlərin dünya səhnəsində artan iddialılığını müzakirə etdikləri bildirilir.

İşçi qrupu yaxın həftələrdə ilk iclasını planlaşdırmağa başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu