Səfirlik Fransada yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib
Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.
Bu barədə Səfirliyin "X" hesabında məlumat yayılıb.
Diplomatik nümayəndəlik Azərbaycan Respublikası vətəndaşlarını 7 fevral prezident seçkilərində iştiraka dəvət edib.
Səsvermə Mədəniyyət Mərkəzi nəzdində yaradılmış seçki məntəqəsində baş tutacaq.