Müğənni Elnur Hüseynov iti ilə birgə İzmir aeroportunda çarəsiz qaldı: AZAL təyyarəsində havalandırma sistemi işləmir - VİDEO
Tanınmış müğənni Elnur Hüseynov "Azərbaycan Hava Yolları" QSC-ni (AZAL) məsuliyyətsiz davranmaqda ittiham edib.
AFN.az xəbər verir ki, müğənni bununla bağlı özünün "Instagram" hesabında videomüraciət yayımlayıb.
E.Hüseynov bildirib ki, Türkiyənin İzmir şəhərindən Bakıya gəlmək üçün bilet alıb: "Özümlə itimi də gətirməli idim. İtim 30 kiloqramdan artıq olduğu üçün onu baqaj bölməsində daşımalı idilər. Lakin son anda məlum oldu ki, AZAL reysə təyin olunan təyyarəni dəyişib. Yeni təyyarənin baqaj bölməsində isə havalandırma sistemi yoxdur. Bu dəyişiklik barədə nə biz sərnişinlərə məlumat verilib, nə də İzmir hava limanındakı əməkdaşların bundan xəbəri var. Problemi həll edə bilmirlər və nəticədə mən ölkəyə qayıda bilmirəm".


