İsrail qüvvələri İordan çayının qərb sahilində və Qüdsdə 20 fələstinlini saxlayıb


İsrail qüvvələri İordan çayının qərb sahili və Qüdsün müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı 20 fələstinlini nəzarətə götürüb.



Fələstinin rəsmi agentliyi WAFA-nın İordan çayının qərb sahilindəki təhlükəsizlik mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, İsrail əsgərləri gecə saatlarında Dehişe, Ayide Qaçqınlar Düşərgəsi, Husan kəndi, Hidaza dağı, Nehhalin və əl-Uruc, Davha, Beyti Ficarda və Halayil əl-Lövz bölgələrində reydlər təşkil edib.

İsrail əsgərləri burada axtarış apararaq 14 fələstinlini saxlayıblar.

İsrail qüvvələri Ramallahın şimalındakı Arura və Kuber kəndlərindən və Ramallahın şərqindəki əl-Muğayyir kəndindən 5 nəfəri, eləcə də işğal altındakı Qüdsün Şeyx Cerrah rayonundan Yesar Əbu Hasene adlı gənc qızı sosial şəbəkələrdə paylaşımlarına görə saxlayıb.

Digər tərəfdən Qüdsün Savvana bölgəsinə basqın edən İsrail qüvvələri ilə bölgədəki fələstinli gənclər arasında gərginliyin olduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu