“Vaqner”in keçmiş komandiri Norveçdə məhkəmə qarşısında


Bu il Rusiyadan Norveçə qaçan "Vaqner PMC"-nin keçmiş komandiri Andrey Medvedev davada iştirak etdiyini etiraf edib.


Bu barədə "RBC-Ukrayna" "The Guardian"a istinadən xəbər verir. Medvedev məhkəmədə bildirib ki, fevralın 22-də Osloda barların birinin yanında davaya başlayıb. O, ölkədə qanunsuz olan pnevmatik tapança da gəzdirdiyini etiraf edib. Eyni zamanda, saxlanılan şəxs polis əməkdaşına qarşı zorakılıq törətməkdə təqsirli olmaqdan imtina edib. Bu ittiham təsdiqlənsə onu üç il həbs cəzası gözləyir.

"O, başa düşür ki, həmin axşam əhval-ruhiyyəsi yaxşı olmayıb və həddindən artıq spirtli içki qəbul edib, nəticədə bardan kənarda insanlarla dava düşüb. O, polis əməkdaşına zorakılıq etmək ittihamı ilə razılaşmır. Bu, anlaşılmazlıq olub. O, polisə toxunmayıb" - deyə vəkili Brynjulf ​​Risnes bildirib.

Medvedevin özü məhkəmədə polisə zərər vermək niyyətində olmadığını deyib. Eyni zamanda, şübhəli şəxs pnevmatik tapança gəzdirməsini kiminsə ona hücum edəcəyi qorxusu ilə əsaslandırmağa çalışıb.

Prokuror Medvedevin artıq həbsdə keçirdiyi 5 gün də daxil olmaqla, polis əməkdaşlarına qarşı zorakılığa görə 18 günlük həbs cəzası və özünü təqsirli bildiyi digər cinayətlərə görə şərti cəza istəyib. Məhkəmənin hökmünün mayın 2-dək elan ediləcəyi gözlənilir.

Norveçə qaçaraq oradan siyasi sığınacaq istəyən "Vaqner" PMC-nin keçmiş komandiri Andrey Medvedyev İsveçdə saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu