Fransada müsəlman gənclərə qarşı zorakılıqda ittiham olunan polilərin məhkəməsi başlayır
İyulun 2-də keçirilən etiraz aksiyaları zamanı Hedi adlı müsəlman gəncə qarşı kütləvi zorakılıq törətmək və onun kəllə sümüyünün oyuğuna səbəb olan gülləni vurmaq ittihamı ilə Fransada mühakimə olunan polis məmurlarından biri həmin gün rezin güllə ilə atəş açdığını etiraf edib.
"Le Figaro"nun xəbərinə görə, Aix-en-Provence Apellyasiya Məhkəməsində 17 yaşlı Nael üçün iyulun 2-də Marseldə keçirilən nümayişlər zamanı Hedi adlı müsəlman gəncə kütləvi zorakılıq etməkdə və onu yaralamaqda günahlandırılan 4 polis məmurunun mühakiməsi başlayıb.
Saxlanılan polislərdən biri məhkəmədə müsəlman gəncin yaralandığı gün nümayişə rezin güllə atdığını etiraf edib.
Polisin vəkili Pier Gassend müsəlman gənci yaralayan güllənin müvəkkilinin silahından çıxan güllə olduğuna dair heç bir sübut olmadığını deyib.
Digər tərəfdən, polisin iclasın qapalı keçirilməsi tələbi məhkəmə tərəfindən rədd olunub.
Məhkəmə polis əməkdaşlarının həbs-qətimkan tədbirinin davam etdirilməsinə qərar verib.