Fransada 17 yaşlı yeniyetməyə qarşı zorakılıq tətbiq edən 2 polis işdən çıxarıldı


Fransanın Val-d'Oise əyalətinin Vilye-le-Bel şəhərində 17 yaşlı gəncə qarşı zorakılıq tətbiq edən iki polis məmuru vəzifəsindən uzaqlaşdırılıb.


“Le Parisien” qəzetinin məlumatına görə, Sarcelles polis bölməsində çalışan iki polis məmurunun Villiers-le Beldə 17 yaşlı gənci saxlayarkən onu yumruqladıqları anların görüntüləri sosial mediada paylaşılıb.

Görüntülərdən sonra 2 polis əməkdaşı işdən uzaqlaşdırılıb, hadisə ilə bağlı araşdırma aparılıb.

Görüntülərdə polislərdən birinin gənci qarajın qarşısına gətirərkən yumruqla vurduğu, digər polisin isə yerə yıxılan gənci qaldıraraq yumruqla vurduğu görünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu