Fransa qarışdı: Meydana 45 min polis və jandarm çıxarıldı
Fransanın daxili işlər naziri Gerald Darmanin meydanlara 45 min polis və jandarmanın çıxarılacağını bildirib.
Nazir qeyd edib ki, bu qüvvələr ölkədə bir yeniyetmənin polis tərəfindən öldürülməsi ilə bağlı davam edən hadisələrə görə təyin edilib.
Qeyd edək ki, iyunun 27-də Nanterre şəhərində polis məmurunun yol hərəkətinə nəzarət zamanı 17 yaşlı sürücünü güllələyərək öldürməsinin görüntüləri bütün ölkədə hiddətə səbəb olub. Davam edən hadisələrdə 1500-ə yaxın adam saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb.