Leninin cəsədini oğurlamaq istədilər


Moskvada Lenin məqbərəsi yaxınlığında şübhəli şəxs saxlanılıb.


AFN.az-ın xəbərinə görə, o, polisə bildirib ki, dünya proletariatının liderinin cəsədini oğurlamağa çalışır. Belə ki, asayiş keşikçiləri gecə yarısı Qırmızı Meydanda qəribə adam görüblər. O, Məqbərənin ətrafında fırlanıb və birdən qapıya tərəf gedib onu açmağa çalışıb. Bundan sonra şübhəli saxlanılaraq polis bölməsinə aparılıb. Həmin şəxs Leninin cəsədini oğurlamaq istədiyini, lakin bunu niyə etdiyini izah edə bilməyəcəyini deyib.
Saxlanılan şəxs özünü nalayiq apardığı üçün hüquq-mühafizə orqanlarının əməkdaşları psixiatrik yardım üçün təcili yardım çağırıblar. Qeyd olunur ki, kişiyə psixiatrik diaqnoz qoyulub.
KİV-in yazdığına görə, saxlanılan 42 yaşlı şəxs moskvalıdır. O, 5 il əvvəl həyat yoldaşından boşanıb və mebel yığan işləyir. Ailəsi dağılandan sonra başqa mənzilə köçüb və spirtli içkilərə aludə olub. Buna baxmayaraq, o, keçmiş həyat yoldaşının yanında qalan oğulları ilə ünsiyyətini davam etdirib, onlara maddi köməklik edib.
Kişinin qohumları bildiriblər ki, son vaxtlar onun demək olar ki, heç bir işi olmayıb. O, boş vaxtlarını təsadüfi tanışları ilə keçirirmiş. Fevralın 5-də səhər saatlarında kişi Moskva vilayətində yaşayan məktəb dostuna baş çəkmək istədiyini, lakin gecə vaxtı nədənsə Tverskaya küçəsində kiminləsə spirtli içki qəbul etdiyini deyib. Moskvalı hərəkətlərinin səbəbini izah edə bilmədiyini və heç nəyi xatırlamadığını bildirib.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu