15 yaşında ərə verilən qızın anası: “Oğlanın adını bilmirəm” - VİDEO


Sosial şəbəkələrdə Masallıda 13 yaşlı qızın nişanlanması ilə bağlı məlumat yayılıb.


Baku TV-nin əməkdaşı məsələni araşdırıb və məlum olub ki, sözügedən Jalə adlı qızın əslində 15 yaşı var.

İki gün əvvəl Təzə Alvadı kəndində 28 yaşlı Hacı Məmişovun nişan mərasimi keçirilib.

Məsələdən xəbər tutan Masallı Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin əməkdaşları hər iki ailə ilə söhbət aparıb.

Jalənin anasının sözlərinə görə, onlar sadəcə “həri” mərasimi keçirib, toy üçün qızın 18 yaşının tamam olmasını gözləyəcəklər.

Qeyd edək ki, 15 yaşlı qız bir zamanlar ailəsi ilə birgə Lənkəranda yaşayıb. Lakin ata və anası boşandıqdan sonra 4 ildir ki, Masallı rayonunun Təzə Alvadı kəndində anası və bacısı ilə yaşayır.

Jalə Mirzəyeva Lənkəran və Masallıda təhsildən yayınmasına görə ərazi icra nümayəndəsi və məktəb direktoru tərəfindən fərdi təhsilə cəlb olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu