Sosial şəbəkədə tanış olduqları narkotacir üçün kuryerlik etdilər


Paytaxtın Nəsimi, Yasamal və Nizami rayonlarında narkotik satışı ilə məşğul olan 7 nəfərdən 5 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.


DİN Mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, paytaxt Nəsimi rayonunda Rahim Abdullayev, Tamerlan Məmmədzadə, Cavanşir Dadaşov və Araz Hüseyov tutulublar. Onlardan ümumilikdə 2 kiloqrama yaxın heroin, metamfetamin və elektron tərəzilər aşkar edilib.

Yasamal rayonunda Kənan Dadaşovdan 2 kiloqram 525 qram heroin, 9 qram metamfetamin, Həsən Həsənovdan isə 195 qram heroin və 10 qram metamfetamin aşkar olunub.

Nizami rayonunda saxlanılan Kamil Nəzərovun üzərində baxış keçirilən zaman 600 qram heroin və 120 qram metamfetamin aşkar edilib.

Qeyd edək ki, adları sadalanan 7 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qəbul edərək satışını təşkil etməyə çalışıblar. Onlar ifadələrində xaricdəki narkotacirlərlə sosial şəbəkələrdə tanış olduqdan sonra onlar tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu