Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 1% artıb

Bu ilin yanvar-noyabr aylarında Naxçıvan MR-də bütün maliyyə mənbələrindən əsas kapitala 948,9 milyon manat vəsait yönəldilib.
“Report” bu barədə yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 1 % çoxdur.