Rusiya Rumıniyanın diplomatını persona non qrata elan etdi



Rusiya Xarici İşlər Nazirliyi Rumıniyanın Moskva səfirliyində çalışan bir diplomatı persona non qrata elan etdiyini bildirib.

AFN.az xəbər verir ki, nazirliyin yazılı açıqlamasında Rumıniyanın daha əvvəl bir rus diplomatını “persona non qrata” elan etmək qərarı verdiyi xatırladılıb.

Bu qərarın əsassız olduğu vurğulanan açıqlamada, bu səbəbdən Rumıniyanın Moskva səfirliyinin müvəqqəti işlər vəkili Liliana Burdanın nazirliyə çağırıldığı bildirilib.

Açıqlamada “Səfirə Rumıniyanın Moskva səfirliyində çalışan əməkdaşın persona non qrata elan edildiyi barədə nota verildi” ifadəsindən istifadə olunub.

Rumıniya son günlər ərazisinə 3 pilotsuz uçuş aparatının (PUA) düşməsi səbəbilə bir rus diplomatını ölkədən çıxarmaq qərarı verərək Ukraynaya dəstəklərini davam etdirəcəklərini bildirmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu